Dünyanın ən kiçik ada dövlətində prezident seçkiləri keçirilib


Digərləri 28 Avq 2019 16:34:00 248 0

Dünyanın ən kiçik ada dövlətində prezident seçkiləri keçirilib

Dünyanın ən kiçik ada dövləti olan Nauruda prezident seçkiləri keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, insan hüquqları üzrə keçmiş vəkil Lionel Aingimea seçkilərdə qalib gəlib. Parlamentdə təmsil olunan 19 deputatdan 12-si onun lehinə səs verib. L.Aingimea üç il dövlət başçısı vəzifəsini icra edəcək. Bu seçkilərdə onun əsas rəqibi keçmiş maliyyə və ədliyyə naziri David Adeang idi. Son 6 ildə Nauruda dövlət başçısı vəzifəsini Baron Vaqa icra edirdi.

Qeyd edək ki, 12 kvadratkilometr ərazisi, 14 minə yaxın əhalisi olan Nauru Vatikan və Monakodan sonra dünyanın ən kiçik üçüncü ölkəsidir.

(adsgarden = window.adsgarden || []).push({});