Afrikada quyuya “Qarabağ” adı verildi


Dünya 28 Avq 2019 15:34:00 244 0

Afrikada quyuya “Qarabağ” adı verildi

Afrikanın ən quraq ölkələrindən biri olan Çadda "Qarabağ" su quyusu açılıb.

Bu barədə "qafqazinfo"ya məlumatı təşkilatçılardan biri olan Elnarə Kərimova verib. O bildirib ki, tərəfdaşı Aynur Kərimova ilə birlikdə artıq 4-cü su quyusunun açılmasına vəsilə olublar:

"Ərazi quraq olduğundan insanlar su qıtlığından əziyyət çəkir. Bir quyunun qazılması üçün isə 4 min manat tələb olunur. Biz sosial şəbəkədə çağırış edirik, xeyriyyəçi insanlar bizə dəstək olur. Budəfəki quyuya Qarabağ adını verməyi məsləhət bildik. Quyu avqustun 7-də açılıb və fəaliyyətimizi bundan sonra da davam etdirməyi düşünürük".

(adsgarden = window.adsgarden || []).push({});