Rusiya Türkiyə ilə birgə qırıcı təchiz edə bilər


Dünya 28 Avq 2019 15:44:00 214 0

Rusiya Türkiyə ilə birgə qırıcı təchiz edə bilər

Rusiya Türkiyə ilə Su-35 və ya Su-57 qırıcılarının təchizatı məsələsini müzakirə edir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə MAKS-2019 beynəlxalq hava nəqliyyatı və kosmos sərgisində iştirak edən Rusiya hərbi-texniki əməkdaşlıq üzrə Federal xidmətinin direktoru Dmitri Şuqayev açıqlayıb.

Onun sözlərinə görə, Ankara bu məsələyə böyük maraq göstərib: "Mənim həmkarım cənab Dəmirlə danışıqlarım olacaq. Müqavilə haqqında danışmaq hələ tezdir. Məsləhətləşmələr edilməlidir".