FHN Oğuzdakı yanğınla bağlı məlumat yayıb


Digərləri 28 Avq 2019 13:08:05 217 0

FHN Oğuzdakı yanğınla bağlı məlumat yayıb

Oğuz rayonunda mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Bakı. Oğuz rayonunda mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən məhdudlaşdırılıb. FHN-dən Trend-ə verilən məlumata görə, yanğının tam söndürülməsi (tüstülənmə ocaqlarının söndürülməsi) istiqamətində təxirəsalınmaz işlər aparılır. Əlavə məlumat veriləcək.