ABŞın dünyada dominantlığı azalır


Dünya 28 Avq 2019 12:24:00 284 0

ABŞın dünyada dominantlığı azalır

ABŞ-ın qlobal proseslərdə dominantlığı azalır, təsir mərkəzlərinin sayı daimi olaraq artır.

Son.az Axar.az-a istinadla xəbər verir ki, bunu "Valday" klubunda çıxışı zamanı Hindistan Xarici İşlər naziri Subramaniyam Cayşankar deyib.

"Biz anlayırıq ki, ABŞ-ın dünyadakı vəziyyəti dəyişir. Əvvəl bu ölkə düşünürdü ki, hər yerdə dominantlıq edə bilər, amma bu gün onun belə imkanları yoxdur. ABŞ özü də bunu etiraf edir. Çoxlu sayda oyunçular meydana gəlir və onlar beynəlxalq siyasətə təsir etməyə başlayırlar", - o bildirib.