Mingəçevirdə ailənin tək oğlu faciəvi şəkildə öldü


Digərləri 28 Avq 2019 11:19:00 268 0

Mingəçevirdə ailənin tək oğlu faciəvi şəkildə öldü

Mingəçevir İstilik Elektrik Stansiyasında bədbəxt hadisə baş verib.

Son.az Teleqraf.com-a istinadla xəbər verir ki, şəhər sakini, İES-də fəhlə kimi çalışan 1985-ci il təvəllüdlü Yəhyayev Sənan Ramik oğlu iş zamanı hündürlükdən yıxılaraq 6000 kv-lıq elektrik naqilinin üzərinə düşüb. Hadisə nəticəsində 34 yaşlı Sənan yanaraq vəfat edib.

Qeyd edək ki, Sənan Yəhyayev ailənin yeganə oğlan övladı olub.

Faktla bağlı araşdırma aparılır.