Tramp qasırğanın zərər vurduğu Luiziana ştatına federal yardım ayırıb


Digərləri 28 Avq 2019 06:17:00 178 0

Tramp qasırğanın zərər vurduğu Luiziana ştatına federal yardım ayırıb

ABŞ prezidenti Donald Tramp Luiziana ştatına "Barri" qasırğasının nəticələrinin aradan qaldırılması üçün federal yardım ayırıb

Bakı. ABŞ prezidenti Donald Tramp Luiziana ştatına "Barri" qasırğasının nəticələrinin aradan qaldırılması üçün federal yardım ayırıb. Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında deyilir. Məlumatda deyilir: "Federal vəsaitlər təcili işlərin aparılması və qasırğadan zərər çəkmiş binaların bərpası və ya yenidən tikintisi üçün yerli hakimiyyətlər və qeyri-kommersiya təşkilatlar üçün əlçatandır".