Türklər kosmosa uçacaq


Dünya 27 Avq 2019 20:04:00 224 0

Türklər kosmosa uçacaq

Rusiya Türkiyəyə öz astronavtlarını Rusiya kosmik stansiyasına göndərməyi təklif edib.

Son.az Trend-ə istinadən bildirir ki, Rusiyanın kosmik işlər üzrə dövlət korporasiyasının ("Роскосмос") rəhbəri Dmitriy Roqozin Rusiya prezidenti Vladimir Putin və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Jukovski aerodromunda keçirilən Beynəlxalq Aviasiya və Kosmik Salon "MAKS 2019" aviasalonuna ziyarəti zamanı belə bir təkliflə çıxış edib.

D.Roqozin bildirib ki, respublikanın yubileyi münasibəti ilə Türkiyə astronavtlarının orbitə uçuşu təşkil oluna bilər:

"Kosmonavtların hazırlıq mərkəzi belə bir əməkdaşlığa hazırdır".

R.T.Ərdoğan da təkliflə razılaşıb: "Biz sizin müqəddəs işinizə qoşulacağıq. Bütün xalqım adından sizə bir daha minnətdarlığımı bildirirəm".