“Meyxanaçılar var ki, nəşə çəkib, dombalaq aşırlar”


Şou-biznes 27 Avq 2019 19:39:00 307 0

“Meyxanaçılar var ki, nəşə çəkib, dombalaq aşırlar”

"Rasim Balayev bu millətin ağrı-acısı ilə tanış olan insandır. Onun o sözü deməyə haqqı çatır".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Aqşin Fateh Xalq artisti Rasim Balayevin "Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar" fikri haqda danışarkən söyləyib.

"Hər şey daxil" verilişində gedən müzakirə zamanı aparıcı Tarix Əliyev Aqşinin bu sözlərinə əsəbiləşib:

"Sənətkar olar, deyər ki, Tolik meymunluq edir, ona elə cavab verərəm ki, yeddi qatından keçər. Şəxsiyyəti təhqir etmək olmaz. Kinoya çəkilmisiniz, tarixə düşmüsünüz. Aqşin, sən düzgün danışmırsan".

"Tolik, qoy, fikrimi tamamlayım. Azərbaycanda ciddi janrda film çəkilmir. Heç kim o filmlərə getmir. O meymunluğu loru şəkildə şit olan, klounluq edənlərə deyib. Söhbət Fərdadan yox, 90 faiz çəkilən filmlərdən gedir. Onun sözünün canı budur ki, meymunluq edənlərə çox baxırlar. Elə səhnələr var ki, insanlar ailəsi ilə həmin filmlərə baxmağa getmirlər. Azərbaycan tamaşaçısının zövqünü formalaşdıran sənətçilərdir" deyə, Tolikin iradına cavab verən Aqşinin daha sonra efirdə səsi alınıb.