"Qarabağ"-"Linfild" oyununu idarə edəcək hakim heyəti açıqlandı


Digərləri 27 Avq 2019 15:56:00 265 0

"Qarabağ"-"Linfild" oyununu idarə edəcək hakim heyəti açıqlandı

"Qarabağ"ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın "Linfild"ə qarşı keçirəcəyi play-off mərhələsinin cavab görüşü üçün hakim təyinatları açıqlanıb.

Bakı. Samir Əli - "Qarabağ"ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın "Linfild" komandasına qarşı keçirəcəyi play-off mərhələsinin cavab görüşü üçün hakim təyinatları açıqlanıb. "Qarabağ" futbol komandasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oyunun baş hakimi Rusiya Futbol Federasiyasından Sergey İvanov olacaq. Baş hakimə həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin dördüncü hakim, lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi funksiyalarını yerinə yetirəcəklər. Xatırladaq ki, avqustun 29-da Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" komandası Şimali İrlandiyanın "Linfild"klubu ilə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda cavab oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.