Məşhur dizayner vəfat etdi


Digərləri 27 Avq 2019 13:51:00 197 0

Məşhur dizayner vəfat etdi

Məşhur dizayner İzabel Toledo ABŞ-da vəfat edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Toledo ömrünün 60-cı baharında həyatdan köçüb. Onun ölümünə səbəb süd vəzi xərçəngi xəstəliyi olub.

Qeyd edək ki, ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama üçün hazırladığı geyim dizaynerə məşhurluq gətirmişdi. Belə ki, Obama həmin geyimi həyat yoldaşı Barak Obamanın 2009-cu ildə keçirilən inauqurasiya mərasiminə geyinmişdi.

Demi Mur, Debi Meyzar və Debri Messinq kimi aktrisaların da qarderobunda Toledonun hazırladığı geyimlər var.

(adsgarden = window.adsgarden || []).push({});