Gürcüstandan qanunsuz yolla spirtli içki gətirilməsinin qarşısı alınıb


Digərləri 27 Avq 2019 13:39:24 203 0

Gürcüstandan qanunsuz yolla spirtli içki gətirilməsinin qarşısı alınıb

Gürcüstandan qanunsuz yolla spirtli içki gətirilməsinin qarşısı alınıb

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn bu ölkənin vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobildə gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən 12 ədəd 1 litrlik və 6 ədəd 0.5 litrlik "Nemiroff" markalı spirtli içkilər aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.