Taxta sexi yanıb


Digərləri 27 Avq 2019 08:52:00 302 0

Taxta sexi yanıb

Balakən rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Balakən rayonunun Tülü kəndində ümumi sahəsi 20 m² olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisinə yığılmış 5 m³ taxta materiallarının 3 m³, 2 ədəd dəzgah və yaxınlıqda yığılmış 8 m² sahədə taxta tullantıları yanıb. Taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.