Futzal üzrə Azərbaycan millisi Belarus yığmasına məğlub olub


Digərləri 26 Avq 2019 23:04:05 189 0

Futzal üzrə Azərbaycan millisi Belarus yığmasına məğlub olub

Futzal üzrə Azərbaycan milli komandası avqustun 26-da Belarus yığması ilə yoldaşlıq oyunu keçirib

Bakı. Futzal üzrə Azərbaycan milli komandası avqustun 26-da Belarus yığması ilə yoldaşlıq oyunu keçirib. Trend xəbər verir ki, Minskdəki MAPİD İdman Kompleksində keçirilən görüş meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qollarını Xətai Bağırov, Vitali Borisov və Ramiz Çovdarov vurublar. Millimiz ikinci yoldaşlıq oyununu avqustun 28-də yenidən Belarus yığmasına qarşı keçirəcək. Matç Borisov şəhərində təşkil olunacaq.