İranda avtobus aşdı: 53 yaralı


Dünya 26 Avq 2019 22:08:00 397 0

İranda avtobus aşdı: 53 yaralı

İranın şimal-şərqində, Məşhəd-Nişapur magistralında avtobus aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, Məşhəd Tibb Elmləri Universitetinin idarə rəhbəri Məhəmməd Əlişahi deyib ki, yol qəzasında yaralananlardan 49-u xəstəxanaya yerləşdirilib, 4 nəfərə isə ambulator yardım göstərilib.

Şahidlərin sözlərinə görə, hadisəyə səbəb "Peugeot" avtomobilinin hərəkətə əks istiqamətdə gəlməsi olub.

Avtobus minik avtomobili ilə toqquşduqdan sonra sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.