İranda avtobus aşdı: 53 yaralı


Digərləri 26 Avq 2019 22:03:42 229 0

İranda avtobus aşdı: 53 yaralı

İranın şimal-şərqində, Məşhəd-Nişapur magistralında avtobus aşıb.

Bakı. Elnur Bağışov - İranın şimal-şərqində, Məşhəd-Nişapur magistralında avtobus aşıb. Trend-in məlumatına görə, Məşhəd Tibb Elmləri Universitetinin idarə rəhbəri Məhəmməd Əlişahi deyib ki, yol qəzasında yaralananlardan 49-u xəstəxanaya yerləşdirilib, 4 nəfərə isə ambulator yardım göstərilib. Şahidlərin sözlərinə görə, hadisəyə səbəb "Peugeot" avtomobilinin hərəkətə əks istiqamətdə gəlməsi olub.