Bu vitaminin qəbulu XƏRÇƏNG yarada bilər


Digərləri 26 Avq 2019 19:00:00 244 0

Bu vitaminin qəbulu XƏRÇƏNG yarada bilər

Süni vitaminlərin qəbulu orqanizmə nəinki fayda vermir, əksinə ziyan vurur, hətta bəzi ciddi xəstəliklərin riskini artırır.

Son.az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə müasir elmi araşdırmalar sübut edib.

Belə ki, A vitamininin həddindən artıq qəbulu dəri xərçənginin, C vitaminin normadan artıq miqdarda qəbulu isə qaraciyər və böyrək xəstəliklərinin riskini xeyli artırır.

Son elmi araşdırma göstərib ki, B6, B9, B12 kimi vitaminlərin normadan artıq qəbulu ağciyər xərçənginin inkişafına təkan verə bilər. Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, siqaret çəkən insanlarda bu risk qat-qat daha böyükdür.

Ekspertlər vurğulayır ki, məsələn, B12 vitamininin gündəlik norması 55 mqr-dır və adi qidalanan insan bu normanı asanlıqla ala bilir. Bəzi vitamin komplekslərində B12-nin miqdarı 1000 mqr (!) çata bilər ki, bu da orqanizmdə B12-nin profisitini (orqanimdə normadan çox olması) yaradır.

Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda vitaminin defisiti onun profisitindən daha ziyansızdır.

(adsgarden = window.adsgarden || []).push({});