Hulusi Akardan S400 açıqlaması:


Dünya 26 Avq 2019 18:57:00 207 0

Hulusi Akardan S400 açıqlaması:

Sabahdan etibarən S-400 havadan müdafiə sisteminin ikinci batereyaları və avadanlıqlarının Türkiyəyə gətirilməsinə başlanacaq.

Son.az APA-ya istinadən bildirir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bu barədə açıqlamasında bildirib. Nazir Rusiyadan Türkiyəyə S-400 tədarükünün iyulun 12-də başlandığını xatırladıb.

H. Akar onu da vurğulayıb ki, Türkiyənin Suriyada təhlükəsiz zona ilə əlaqədar tələbləri qəbul edilmədiyi halda Türkiyə "B" və "C" planlarından istifadə edəcək.