Tramp Çini alqışladı


Digərləri 26 Avq 2019 18:56:43 170 0

Tramp Çini alqışladı

Çin nümayəndələri ticarət mövzusunda məsləhətləşmələri davam etdirməyə hazır olduqlarını ifadə ediblər.

Bakı. Çin nümayəndələri ticarət mövzusunda məsləhətləşmələri davam etdirməyə hazır olduqlarını ifadə ediblər. Vaşinqton bu addımı alqışlayır. Trend-in məlumatına görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Fransanın Biarritz şəhərində Böyük Yeddiliyin (G7) sammiti çərçivəsində Misir prezidenti Abdel Fattah as Sisi ilə görüşdən əvvəl deyib. D.Trampın sözlərinə görə, Çin nümayəndələri bazar günü axşam ABŞ rəsmilərinə zəng edərək məsləhətləşmələri davam etdirməyə hazır olduqlarını bildiriblər.