Qazaxda itkin düşən qadın və 2 azyaşlı övladı axtarılır


Digərləri 26 Avq 2019 15:39:09 218 0

Qazaxda itkin düşən qadın və 2 azyaşlı övladı axtarılır

Qazaxda itkin düşən ana və övladları yaxınları tərəfindən axtarılır.

Bakı. Qazaxda itkin düşən ana və övladları yaxınları tərəfindən axtarılır. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Qazax rayon sakini, 1991-ci il təvəllüdlü Nərgiz Qasımova azyaşlı uşaqları, 2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımova ilə birlikdə avqustun 4-ü Qazax rayon Ağköynək kəndindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. N.Qasımovanın əlamətləri belədir: boyu 157 sm, arıq bədən quruluşlu, gödək qara saçlara malik, gözlərinin rəngi şabalıdı.