Dövlət Komitəsi Gürcüstanla sərhəddə təlimlər keçirir (FOTO)


Digərləri 26 Avq 2019 14:25:15 145 0

Dövlət Komitəsi Gürcüstanla sərhəddə təlimlər keçirir (FOTO)

Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Mazımçay" gömrük postunda keçirilən növbəti təlimə gömrük postunun bütün əməkdaşları cəlb olunub.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Mazımçay" gömrük postunda keçirilən növbəti təlimə gömrük postunun bütün əməkdaşları cəlb olunub. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, təlimlərin məqsədi gömrük-sərhəd buraxılış məntəqələrində xidmət səviyyəsinin ən qabaqcıl beynəlxalq təcrübələrə, innovativ üsullara əsaslanan formada optimallaşdırılması, o cümlədən funksional idarəetmənin mütərəqqi metodlarının tətbiqi, ölkə vətəndaşlarına və əcnəbilərə yüksək gömrük xidmətinin göstərilməsidir. Xatırladaq ki, avqustun 19-dan başlanan təlimlərdə gömrükçülərə peşəkar psixoloq və mütəxəssislər tərəfindən vətəndaşlarla işləmə və qarşılıqlı ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, gömrük orqanlarının fəaliyyətinin tərbiyəvi əhəmiyyətinin təşviqi, işgüzar mühitdə kommunikativ səriştəliliyin artırılması, eləcə də ünsiyyət prosesində müşahidə oluna bilən nöqsanlı halların neqativ təsirlərinin minimallaşdırılması istiqamətləri üzrə zəruri biliklər verilir və praktiki məşğələlər keçirilir. Təlimlərə ilkin olaraq ölkənin 5 əsas quru gömrük-sərhəd buraxılış məntəqəsində və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında xidmət keçən 500-ə qədər gömrük əməkdaşının cəlb olunması nəzərdə tutulub.