İndoneziya Prezidenti elan etdi


Dünya 26 Avq 2019 14:19:00 212 0

İndoneziya Prezidenti elan etdi

İndoneziyanın paytaxtı Cakartadan Kalimantan adasının cənub-şərq hissəsinə köçürüləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İndoneziya rezidenti Joko Vidodo bəyanat verib.

Hökumətin bu məqsədlə təxminən 32 milyard dollar xərcləyəcəyi gözlənilir. Əsas işlərə 2021-ci ildə başlanılacaq. Planlaşdırma və milli inkişaf naziri Bambang Brojonegoro qeyd edib ki, hakimiyyət 2024-cü ilə qədər hökumətin yeni paytaxta köçəcəyini gözləyir.

Onun sözlərinə görə, əvvəlcə yeni paytaxt üçün bir neçə variant var idi: "Xüsusilə bütün dövlət strukturlarını yalnız Cakartanın mərkəzində cəmləşdirmək istəyirdik. Lakin nəticədə başqa bir adaya tam köçmək barədə qərar verildi".

18 min adadan ibarət Kalimantan xüsusilə vacib olan seysmoloji cəhətdən təhlükəsiz bir ərazidə yerləşir.