Xəzər dənizində 1 nəfər boğuldu


Digərləri 26 Avq 2019 12:19:00 197 0

Xəzər dənizində 1 nəfər boğuldu

İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda Xəzər dənizində bir nəfər boğulub.

Bakı. Elnur Bağışov - İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda Xəzər dənizində bir nəfər boğulub. Trend-in məlumatına görə, bunu İranın Astara rayonu idman və gənclər idarəsinin direktoru Vəhid Xassipur deyib. V.Xassipurun sözlərinə görə, Xəzər dənizinin çimmək üçün nəzərdə tutulan ərazisindən kənarda çimmək istəyən Əhər rayonu sakini 17 yaşlı oğlan boğulub. İdarə rəsmisi əlavə edib ki, xəbərdarlıqlara baxmayaraq, bəzi turistlər çimmək üçün nəzərdə tutulan ərazilərdə dənizdə çimmək istəyirlər.