Qubada dağlıq ərazidə itkin düşən şəxsin meyiti tapıldı


Digərləri 26 Avq 2019 09:27:00 203 0

Qubada dağlıq ərazidə itkin düşən şəxsin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Quba rayonu, Tüləkəran kəndi yaxınlığında, dağlıq ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən Son.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri 1960-cı il təvəllüdlü Nəsirov Sahib Nəsrəddin oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.​