Honq Konqda etiraz aksiyaları səngimir:


Dünya 26 Avq 2019 09:16:00 216 0

Honq Konqda etiraz aksiyaları səngimir:

Honq Konqdakı bazar günü etiraz aksiyaları zamanı iğtişaşlar və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum təşkil etdiklərinə görə 36 nəfər həbs edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

Etirazçılar polislər ilə qarşıdurma zamanı molotov kokteyli, daşlardan istifadə ediblər.

Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnağı və gözyaşardıcı qazdan istifadə ediblər.