Alp dağlarında təyyarə qəzasında üç nəfər ölüb


Digərləri 25 Avq 2019 22:02:00 215 0

Alp dağlarında təyyarə qəzasında üç nəfər ölüb

İsveçrənin Alp dağlarında təyyarə qəzaya uğrayıb və yanıb

Bakı. İsveçrənin Alp dağlarında təyyarə qəzaya uğrayıb və yanıb. Trend-in məlumatına görə, qəza nəticəsində üç nəfər həlak olub. Məlumata əsasən, tək mühərrikli "Piper" tipli təyyarə səhər saat 9 radələrində aerodromdan çıxaraq İtaliyaya yola düşüb, ancaq qəzaya uğrayıb. Bundan sonra təyyarə alışıb yanıb.