Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb (FOTO)


Digərləri 25 Avq 2019 20:45:33 211 0

Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb (FOTO)

Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermiş yanğın nəticəsində 15 ha sahədə əsasən, quru ot, kol-kos və qismən ağaclar yanıb

Bakı. Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermiş yanğın nəticəsində 15 ha sahədə əsasən, quru ot, kol-kos və qismən ağaclar yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub. Yanğın saat 18.20-də söndürülüb.