Ay uzaqlaşır, Yer yavaşlayır, planetlər orbitini dəyişir Kosmosdakı dəyişikliklərin saatlarımıza İNANILMAZ TƏSİRİ


Digərləri 25 Avq 2019 17:43:00 211 0

Ay uzaqlaşır, Yer yavaşlayır, planetlər orbitini dəyişir  Kosmosdakı dəyişikliklərin saatlarımıza İNANILMAZ TƏSİRİ

Zaman insan böyüdükcə ona daha sürətli axırmış kimi görünür, ancaq görünüşə görə, bunun tərsi də ola bilər. Dünyadakı günlərimiz zaman keçdikcə daha uzun hala gəlir. Bu durum Ayın planetimizin fırlanması üzərindəki təsiri səbəbilə gerçəkləşir.

Son.az xəbər verir ki, bu bilgidən sonra dərhal gedib yuxu proqramınızın vaxtını uzatmağa çalışmamalısınız. Aparılan yeni bir araşdırmada Yer kürəsi ilə Ay arasındakı münasibət 1,4 milyard il keçmişə qədər müşahidə edilib və o zamanlar günün sadəcə 18 saat olduğu üzə çıxıb.

Yəni o zamandan bəri 6 saata yaxın zaman qazanmışıq. Və ya bir ildə, təxminən, heç fərqinə varmadığımız 0.00001542857 saniyə. Üstəlik bunun səbəbi Ayın bizdən davamlı olaraq və çox yavaş şəkildə uzaqlaşmasıdır. Ay Yerə 1,4 milyon il öncə həddən artıq yaxın durub və Yer kürəsinin fırlanması daha sürətli olub.

Viskonsin-Madison Universitetində işləyən geoloq Stefan Meyers bildirib ki, Ay uzaqlaşdıqca Yer kürəsi sanki fırlanan bir xizək rəqqası kimi qollarını genişlədərək yavaşlamağa başlayıb.

Elm adamlarından ibarət komanda "Astro-zaman" adı verilən geoloji qeydlər ilə astronomik qaydaları bir-biri ilə əlaqələndirərək Yerin və Günəş sisteminin tarixini yenidən yaradan bir üsuldan istifadə edib. Daha aydın bir formada isə Milankoviç dönmələri adı verilən bir şeyi istifadə ediblər. Bu dönmələr Yerin Günəş ətrafındakı orbitində xəyali ox mailliyində meydana gələn dəyişikliklərin və ya Yerin əyriliyində Günəşə doğru və ya zidd yöndə gerçəkləşən səndələmələrin səbəb olduğu iqlim dəyişikliyini ehtiva edir.

Bu durum fərqli paralellərə gedib çatan Günəş radiasiyasının miqdarında fərqliliyin yaranması ilə nəticələnir. İqlimdə meydana gələn belə dəyişikliklər çox qədim qayalarda və fosillərdə əks olunub qalır.

Elm adamları astro-zaman metodundan istifadə edərək Yer kürəsinin iqlimi və bu iqlimin Günəş sistemimizdəki digər nəsnələrlə yüz milyonlarla il öncəyə uzanan münasibətləri üzərində araşdırma apara bilirlər. Orbit dəyişiklikləri ilə meydana gələn iqlim dəyişikliyinə "orbiti zorlamaq" adı verilir.

Ancaq geoloji qeydlərdə daha gerilərə, milyardlarla il öncəyə getmək daha çətindir. Çünki radioizotop kimi tarixləmə üsulları bu qədər qədim bilgiləri müəyyən edəcək qədər qüsursuz deyil.

Digər bir problem isə nizamsız Günəş sistemi qaydasıdır. Bu fikrə görə, Günəş sistemindəki nəsnələr nizamlı və yüksək səviyyədə təxmin edilə bilən orbitlərə sahib olmaq yerinə, zamanla daha nizamsız hala gəlirlər.

Geoloji qeydlərin incələnməsi ilə Günəş sisteminin zamanla necə dəyişdiyini görmək mümkündür. Ötən il Meyers və həmkarları Koloradodakı bir qayada yer alan çöküntü qatlarında aparılan araşdırmalara dayanaraq Yer və Mars arasında 90 milyon il gerçəkləşmiş qarşılıqlı təsiri göstərən bir teoriya yayımlayaraq belə bir şey həyata keçiriblər. Söylədiklərinə görə, bu, nizamsız bir Günəş sistemini göstərən ilk dəqiq dəlildir.

(adsgarden = window.adsgarden || []).push({});