Ebru Gündeşə 3,5 milyonluq təklif


Digərləri 25 Avq 2019 15:26:00 194 0

Ebru Gündeşə 3,5 milyonluq təklif

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş iyul ayında "Harbiye Açıkhava" konsert salonunda 5 konsert vermişdi. 

Son.az Lent.az-a istinadən bildirir ki, onun bu tədbirlərdən qazancı tam 2.5 milyon lira olub.

Tamaşaçıların israrlı istəyinə görə yenidən konsertlər təklifi olub. Müğənni əlavə olaraq 1 milyon TL alacaq.Gündeş bu təkliflə razılaşıb.

Bu konsertin biletləri isə kifayət qədər baha satılır. Ən önəmli "Protokol yerlər" deyilən VİP sıralara biletin rəsmi satışı 1000 TL-di. Lakin bu biletləri kassada tapmaq mümkün deyil. Qara bazarda isə onları 5 min lirəyə alırlar. Normal yerlərin qiyməti isə 416 TL-yə də tapmaq olur. Ən arxa sıralar üçün isə 60 lirə vermək kifayət edir.

(adsgarden = window.adsgarden || []).push({});