İsrail Suriyadakı İran obyektlərinə zərbələr endirdi


Dünya 25 Avq 2019 14:36:00 202 0

İsrail Suriyadakı İran obyektlərinə zərbələr endirdi

İsrail hərbçiləri, İranın ölkələrinə pilotsuz uçuş aparatları ilə hücumunun qarşısını almaq üçün Suriyaya zərbələr endirdiklərini bəyan ediblər.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələrinin qırıcıları bu yaxınlarda Suriyanın Akraba kəndində "bir sıra terrorçu hədəfləri"nə hücum ediblər. Son günlərdə Suriyadan İsrail ərazilərindəki hədəflərə hücum planlaşdıran "Əl-Kuds" birləşmələrinin və şiə dəstələrinin obyektləri məhv edilib.

Qarşısı alınan hücumun planı silahlarla təchiz edilmiş pilotsuz uçuş aparatılarından İsrail hədəflərinə qarşı istifadə idi", - deyə hərbçilərin açıqlamasında bildirilir.

İran hərbçiləri və şiə dəstələri arasında itkilərin ola biləcəyi istisna olunmayıb.