Uşaqlarda başağrısı:


Digərləri 25 Avq 2019 12:02:00 207 0

Uşaqlarda başağrısı:

Başağrısı əsasən böyüklərdə müşahidə edilən narahatlıq olsa da, bəzi hallarda uşaqlar da baş ağrısından şikayət edir. Bəzi valideynlər bunu diqqətə almır, hətta bir çoxları hesab edir ki, uşaqlar başağrısı nə olduğunu bilmir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, nevropatoloqların fikrincə isə uşaqlarda da başağrıları olur və bu ağrılar səbəbsiz deyil. Nevropatoloq Qalib Əsədovun fikrincə, uşaqlar arasında ən çox başağrısı məktəblilərdə, məhz 1-ci, 5-ci və 10-cu siniflərin şagirdlərində olur.

Həkim bildirib ki, əgər uşağa bu cür başağrılar əziyyət verirsə, çox ehtimal ki, o, dərslərlə bağlı çox güclü zehni və emosional təzyiqə məruz qalır:

"Həyəcan, məyusluq, vasvasılıq, pis əhval-ruhiyə başağrısının olmasının əlamətləridir. O, baş dərisinin altında əzələlərin qeyri-ixtiyari gərginləşdiyi zaman baş verir. Ağrının artması tədricən bütün başı əhatə edir, sanki onu dar dəbilqə sıxır. Uşaq həkimlərin gərginlik ağrısı adlandırdıqları küt, sıxıcı, çatladıcı ağrı hiss edir. Adətən baş günün ikinci yarısı ağrayır. Məhz bu zaman uşaq yorulur və ya onun psixikasını zədələyən xoşagəlməz vəziyyəti yaşayır. Bunun nəticəsində dərhal iş qabiliyyəti aşağı düşür. Yükləmələr orqanizmin imkanlarını üstələyəndə isə xroniki yorğunluq yaranır, stress artır və baş daim ağrıyır".

Həkim bildirib ki, böyüklərdən fərqli olaraq uşaqlarda olan baş ağrı zamanı içilən dərmanlar ağrını bir müddətlik aradan qaldırsa da, problem həll etmir:

"Ağrıkəsici vasitələr qəbul edərkən başağrısı, əlbəttə, qısa müddətə vəziyyəti düzəldəcək. Buna baxmayaraq, həblər başağrısının səbəbindən azad etməyəcəklər. Üstəlik həblərin qəbulu müntəzəm və nəzarətsiz olsa, ağrı daimi olacaq və daha çətin dözüləcək. Birincisi, uşağın dərs yükünü gözdən keçirmək lazımdır. Uşağı əlavə məşğələlərlə, müxtəlif dərnək və seksiyalarla yükləmək olmaz.

(adsgarden = window.adsgarden || []).push({});