“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlanıb


Digərləri 25 Avq 2019 08:16:30 320 0

“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlanıb

“Qarabağ”ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın “Linfild” komandasına qarşı keçirəcəyi pley-off mərhələsinin cavab görüşü üçün hakim təyinatlari açıqlanıb

Bakı. “Qarabağ”ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın “Linfild” komandasına qarşı keçirəcəyi pley-off mərhələsinin cavab görüşü üçün hakim təyinatlari açıqlanıb. Trend klubun rəsmi saytına istinadla xəbər verir ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma rusiyalı hakimlər briqadasına həvalə edilib. Oyunun baş hakimi Sergey İvanov olacaq. Ona həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin dördüncü hakim, lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi funksiyalarını yerinə yetirəcəklər.