Ühüd şəhidinin xalis duası necə qəbul olundu?


Digərləri 24 Avq 2019 23:50:00 225 0

Ühüd şəhidinin xalis duası necə qəbul olundu?

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, beş nəfərin duası qəbul olar ki, onlardan biri də Allah yolunda cihad edən kəsdir.

Əmr ibni Cəmuh o müsəlmanlardan idi ki, ixlasla yaşayırdı. O, ayağının axsamasına baxmayaraq, cihada yollanır və deyir: "Allahım, məni ailəmə qaytarma".

Əmrin dörd igid oğlu var idi ki, dördü də cihadda iştirak edir və şücaət göstərirdilər. Əmr o vaxta qədər ayağının axsamağına görə cihada gedə bilmirdi. Çünki ayağı xəstə olduğu üçün şəri cəhətdən cihaddan üzrlü idi. O zaman ki, silahını götürüb döyüşə getmək istəyir, qohumları onu bu işdən çəkindirməyə çalışırlar. Deyirlər ki, sən üzrlüsən və dörd oğlun cihadda iştirak edir. Ona görə də sənin orada olmağına ehtiyac yoxdur.

O, isə cavabında deyir: "Necə ki, oğlanlarım əbədi səadəti arzulayırlar, mən də arzulayıram. Onlar gedib şəhid olsunlar, mən evdə qalım? Bu, mümkün deyildir".

Qohumlarından xilas olmaq üçün Həzrət Peyğəmbərin (s) xidmətinə gedir və deyir: "Ya Rəsulallah! Qohumlarım məni evdə həbs etmək istəyirlər. Məni cihadda iştirak etməyə qoymurlar. Allaha and olsun ki, bu axsaq ayağımla behiştə getmək istəyirəm".

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Ey Əmr! Sənin şəri üzrün vardır və Allah səni üzrlü bilmişdir. Sənin üçün cihad vacib deyildir". Əmr deyir: "Ya Rəsulallah! Bilirəm ki, mənə vacib deyildir, yenə də...". Həzrət (s) buyurur: "Mane olmayın, qoyun getsin. Şəhadəti arzu edir, ola bilsin ki, Allah nəsib etsin".

Ühüd döyüşünün ən tamaşalı səhnələrindən biri Əmrin etdiyi mübarizə idi. Axsaq ayağı ilə özünü düşmən ordusunu ortasına vurur və fəryad çəkir: "Behişti arzulayıram". Oğlanlarından biri atasının arxasında hərəkət edirdi. Bu iki nəfər o qədər müştaqcasına vuruşdular ki, nəhayət hər ikisi də şəhid oldu. Döyüş bitəndən sonra Mədinənin bir çox qadını şəhərdən çıxdı ki, döyüşdən agah olsunlar. Onlardan biri də Aişə idi. Aişə gördü ki, Əmrin həyat yoldaşı üç cənazəni dəvənin üstünə qoyub Mədinəyə tərəf gəlir. Ayişə soruşur: "Nə xəbər var?". Deyir: "Əlhəmdulillah! Peyğəmbər (s) salamatdır. O, ki, salamatdır, başqa qəmim yoxdur. Başqa xəbər də budur ki, Allah kafirləri qəzəblə dolu olduqları halda geri qaytarmışdır".

Aişə soruşur: "Bu cənazələr nədir?". O, deyir: "Bunlar qardaşımın, oğlumun və ərimin cənazələridir". Ayişə soruşur: "Hara aparırsan?". Deyir: "Mədinəyə aparıram ki, dəfn edim".

O, bu sözləri deyir və Mədinəyə tərəf hərəkət edir. Dəvə yükünün ağır olduğu üçün hərəkət edə bilmədi və yerə oturdu. Aişə dedi: "Heyvanın yükü ağırdır və çəkə bilmir". Əmrin yoldaşı deyir: "Yox, belə deyildir. O çox güclüdür, adətən iki dəvənin yükünü apara bilir. Ola bilsin ki, başqa səbəbi vardır".

(adsgarden = window.adsgarden || []).push({});