Heydər Əliyev Mərkəzinin parkında Faiq Ağayevin konserti keçirilib FOTO


Digərləri 24 Avq 2019 23:13:00 448 0

Heydər Əliyev Mərkəzinin parkında Faiq Ağayevin konserti keçirilib  FOTO

Avqustun 24-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın Xalq artisti Faiq Ağayevin konserti keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tanınmış estrada ulduzu tamaşaçılar qarşısında sevilən, məşhur mahnıları ilə çıxış edib. Bir saatdan artıq davam edən konsert proqramı izləyicilər tərəfindən böyüş coşqu ilə qarşılanıb.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi yay mövsümündə mütəmadi olaraq həftəsonlarında müxtəlif tədbirlər keçirir. Ayrı-ayrı idman növləri və incəsənət sahələrinə aid ustad dərsləri, məşğələlər, yarışlar, həmçinin konsertlər və rəqs axşamları təşkil edilir. Bu tədbirlər paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli və maraqlı keçirmələri, azyaşlıların istedad və bacarıqlarının aşkar edilməsi, inkişafı məqsədilə təşkil olunur.

(adsgarden = window.adsgarden || []).push({});