Rusiyada iki azərbaycanlı həbs olundu


Dünya 24 Avq 2019 21:46:00 201 0

Rusiyada iki azərbaycanlı həbs olundu

İki azərbaycanlı Rusiyanın dövlət sərhədlərini qeyri-qanuni şəkildə keçməyə cəhd göstərib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, onlar bundan əvvəl də bir neçə dəfə Rusiyada olublar.

Federal Təhlükəsizlik Xidmətindən portala verilən xəbərə görə, Yerşov rayon məhkəməsi onları Rusiya sərhədlərini qeyri-qanuni şəkildə keçməkdə təqsirli bilib.

Xəbərdə o da deyilir ki, daha əvvəl bu şəxslər ağır cinayətlərə görə həbsdə yatıblar və onların Rusiya ərazisinə girişı qadağan olunub. Amma residivistlər növbəti dəfə qanunu pozublar.