Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?


Digərləri 24 Avq 2019 21:00:00 248 0

Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?

Bu günədək “SOCAR Metanol” zavodunda 226 min tonadək metanol istehsal olunub

Bakı. Sara İsrafilbəyova - Bu günədək "SOCAR Metanol" zavodunda 226 min tonadək metanol istehsal olunub. Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər. Məlumata əsasən, bu ilin sonunadək 360 min ton məhsulun istehsalı planlaşdırılır. Bu məhsulun 97 faizi ixraca yönələcək. Qeyd edək ki, "SOCAR Metanol" 2014-cü ilin yanvarında işə başlayıb. Zavodun istehsal gücü ildə 650-700 min ton təşkil edir.