Əməllərimizi nələr puça çıxarır?


Digərləri 24 Avq 2019 20:40:00 280 0

Əməllərimizi nələr puça çıxarır?

"Ey iman gətirənlər (şəriət hökmlərində) Allaha itaət edin, Onun peyğəmbərin(in şər'i vəzifə yaradan əmrlərin)ə itaət edin və öz (xeyir) əməllərinizi (dindən çıxmaq, Allaha və xalqa minnət qoymaq və əməlin puç olmasına səbəb olan digər günahlarla) batil etməyin". ("Muhəmməd (s)" 33).

Son.az deyerler.org-a istinadən bildirir ki, Quran ayələrinə və hədislərə əsasən bəzi əməllər və deyilmiş sözlər vardır ki, insanın yaxşı əməllərini batil edir.

1. Ehtiyacı olanlara minnət qoymaq və onları incitmək. "Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın". ("Bəqərə" 264).

2. İlahi rəhbərlərə ədəbsizlik etmək. "Ey iman gətirənlər! (Söhbət zamanı ədəbə riayət və peyğəmbərin məqamına hörmət olaraq) səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın. Məbada özünüz də bilmədən əməlləriniz (ucadan danışmadığınız təqdirdə savab ola bilən həmin danışığınızın savabı və yaxud digər əməllərinizin də savabı) puç olsun". ("Hucurat" 2).

3. Təkəbbür və həsəd. İmam Sadiq (ə) buyurur: "Həsəd yaxşılıqları məhv edər, necə ki, atəş odunu yandırar". (Həvzəh)

4. Allaha şirk etmək. "Allahın təkliyi zikr edilən zaman axirətə imanı olmayanların qəlblərində ikrah və nifrət yaranar. Ondan qeyriləri (bütlər) yada salınan zaman isə birdən sevinərlər". ("Zumər" 45).

(adsgarden = window.adsgarden || []).push({});