Banqladeşdə qəza: azı 8 nəfər ölüb


Digərləri 24 Avq 2019 20:28:15 183 0

Banqladeşdə qəza: azı 8 nəfər ölüb

Banqladeşin mərkəzində avtobusun körpüdən aşması nəticəsində azı 8 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb

Bakı. Banqladeşin mərkəzində avtobusun körpüdən aşması nəticəsində azı 8 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, avtoqəza yerli vaxtla saat 14:30-da şəhərlərarası şossedə baş verib. Belə ki, avtobus hərəkət zolağından kənara çıxaraq maneəyə çırpılıb və dərəyə yuvarlanıb. Bildirilir ki, avtobus aşıb və körpünün kənarındakı çəpəri də sındıraraq kanala düşüb.