“Gecə parti"sində 52 nəfər saxlanıldı


Digərləri 24 Avq 2019 19:24:28 208 0

“Gecə parti"sində 52 nəfər saxlanıldı

İranın şimalında yerləşən Mazandaran vilayətinin Sari rayonunda qanunsuz gecə klubunda 52 nəfər saxlanılıb.

Bakı. Elnur Bağışov - İranın şimalında yerləşən Mazandaran vilayətinin Sari rayonunda qanunsuz gecə klubunda 52 nəfər saxlanılıb. Trend-in məlumatına görə, bunu məlumatlı rəsmi Fars informasiya agentliyinə açıqlamasında deyib. Rəsminin sözlərinə görə, saxlanılanlardan 29 nəfəri oğlan, 23 nəfəri isə qızdır. Ötən həftə də Mazandaran vilayətinin Cuybar rayonunda şənlik sarayında 10 nəfər ictimai qaydalara riayət edilmədiyinə görə saxlanılıb.