Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü
Digərləri 24 Avq 2019 18:12:00 199 0
Şamaxı rayonunun Mirikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, avqustun 23-də saat 12 radələrində Şamaxı rayonunun Mirikənd kəndi ərazisində Bakı şəhər sakini C.Süleymanov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən Qaravəlli kənd sakini Rahib İsmayılovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Mənbə: milli.az