Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb


Digərləri 24 Avq 2019 17:52:48 205 0

Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb

Yevlaxda evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Bakı. Yevlaxda evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 7-də rayon ərazisindəki evlərin birindən 1050 manat və 600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Balakən rayon sakini H.Məhərrəmov və İmişli rayon sakini Ə.Mirzəyev saxlanılıblar.