Qanunsuz yanacaq daşıyan avtomobildə 2 nəfər yandı


Digərləri 24 Avq 2019 16:59:17 176 0

Qanunsuz yanacaq daşıyan avtomobildə 2 nəfər yandı

İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində Nəhbəndan-Zahidan yolunun 43-cü kilometrliyində qanunsuz yanacaq daşıyan "Peugeot 405" markalı avtomobil aşıb.

Bakı. Elnur Bağışov - İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində Nəhbəndan-Zahidan yolunun 43-cü kilometrliyində qanunsuz yanacaq daşıyan "Peugeot 405" markalı avtomobil aşıb. Trend-in məlumatına görə, bunu İranın Cənubi Xorasan vilayətinin Nəhbəndan rayonu yol polisi rəisi polkovnik Cavad Şahzehi deyib. C.Şahzehinin sözlərinə görə, avtomobilin aşması ilə yanğın baş verib.