Qonşu ölkədə meyvətərəvəzin qiyməti qalxıb


Dünya 24 Avq 2019 11:49:00 228 0

Qonşu ölkədə meyvətərəvəzin qiyməti qalxıb

İran paytaxtı Tehranda meyvə tərəvəzin elan olunan qiymətlərinə əsasən, meyvə-tərəvəz bazarlarında 1 qutu ananasın (6-8 ədəd) qiyməti təxminən 500 min rial (rəsmi məzənnə 11,9, qara bazar 4,2 dollar) bahalaşaraq 1,6-2,4 milyon rial (rəsmi məzənnə 38-57, qara bazar 13,6-20 dollar) arasında satılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Tehranın Meyvə-Tərəvəz Mərkəzi Bazarı Birliyinin sədri Əsədulla Kargər deyib.

Ə.Kargərin sözlərinə görə, hər 1 kq zoğalın qiyməti 120-200 riala (rəsmi məzənnə 2,85-4,76, qara bazar 1-1,7 dollar) satılır.

Aşağıdakı cədvəldə Tehran bazarındakı bəzi məhsulların qiymətləri qeyd olunub:

Məhsul

Çəki

Qiymət (rialla)

Ananas

1 qutu (6-8 ədəd)

1,2-2,4 milyon

Zoğal

1 kq

120-200 min

Tüksüz şaftalı

1 kq

60-110 min

Banan

1 kq

100-120 min

Gilas

1 kq

160-240 min

Qırmızı kələm

1 kq

15-30 min

Limon

1 kq

70-120 min