Braziliyanın dövlət başçısı Makronun bu çıxışına əsəbiləşdi


Dünya 24 Avq 2019 11:14:00 231 0

Braziliyanın dövlət başçısı Makronun bu çıxışına əsəbiləşdi

Amazondakı meşə yanğınları Fransa ilə Braziliya arasında böhrana səbəb olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Fransa prezidenti Makron tvitter hesabında yanğınlarla bağlı narahatlığını dilə gətirib.

"Sözün əsl mənasında evimiz yanır. Dünya oksigen tələbatının 20 faizini təmin edən bu meşələr bəşəriyyətin ağciyərləridir. Bu, beynəlxalq böhrandır. İki gün sonra baş tutacaq G7 sammitində bu məsələdən bəhs edəcəyəm"- deyə bildirib.

Braziliyanın dövlət başçısı Jair Bolsonaro Makronun bu çıxışına əsəbləşib. O da sosial media hesabından bir-birinin ardınca iki mesaj paylaşıb.

Makronu müstəmləkəçilikdə ittiham edərək Braziliyanın daxili işlərinə qarışdığını ifadə edib. Onun sözlərinə görə, Makron Braziliya və Amazona qonşu olan ölkələri əhatə edən bir mövzudan öz siyasi maraqları üçün istifadə edir: