Dünyanın ən ekzotik meyvələri: ikinci hissə FOTO


Digərləri 23 Avq 2019 21:59:00 58 0

Dünyanın ən ekzotik meyvələri: ikinci hissə  FOTO

Son.az AZƏRTAC-a istinadən dünyanın müxtəlif ölkələrinin bazarlarında satılan qeyri-adi meyvələri təqdim edir.

Magik meyvə

Bu əcaib giləmeyvənin digər adı şirintəhər puteriyadır və o, tamamilə haqlı olaraq ekzotik meyvə adlanır. Əslində, puteriyanın dadı heç nə ilə fərqlənmir. Sadəcə, bu giləmeyvəni yeyən adam bir saat ərzində nə yeyirsə-yesin, ona elə gəlir ki, dadı şirindir. Məsələ bundadır ki, magik giləmeyvənin tərkibindəki xüsusi zülal - mirakulin dad reseptorlarını aldadır. Həqiqətən şirin olan məhsullar isə adama dadsız gəlir.

Puteriyanın dadına Qərbi Afrika, Puerto-Riko, Tayvan, Yaponiya, Avstraliya və Cənubi Floridada (ABŞ) baxmaq olar. Onun mövsümü ilboyu davam edir.

Tamarind

Tamarind, yaxud Hindistan xurması paxlalar fəsiləsinə aid olsa da, meyvə kimi də yeyilir. 11 santimetrə qədər uzunluğunda olan qəhvəyi rəngli bu meyvənin turşaşirin dadı var. Ondan ədva kimi də istifadə olunur. Tamarind qəlyanaltı, desert və müxtəlif içkilərin hazırlanmasında istifadə olunan məşhur Vuster sousunun tərkibinə daxildir. Tamarind qurusundan şirniyyat hazırlanır. Turistlər Hindistan xurması əsasında hazırlanmış ət yeməkləri üçün sous və kokteyllər üçün siropları alıb özləri ilə vətənə aparırlar.

Bu meyvəni Tailand, Avstraliya, Sudan, Kamerun, Oman, Kolumbiya, Venesuela və Kanadada yemək olar. Onun mövsümü oktyabr ayından fevral ayına qədərdir.

Marula

Təzə marulanı ancaq Afrika qitəsində görmək olar, çünki yetişən kimi qıcqırmağa başlayır. Yetişmiş marula sarı rəngində olur və gavalını xatırladır. Ətli hissəsi ağ rəngdə, çəyirdəyi bərkdir. Qıcqırmamışdan əvvəl xoş ətirli və turşməzə olur.

Bu meyvənin dadına Cənubi Afrikada, o cümlədən Mavriki, Madaqaskar, Zimbabve və Botsvanada baxmaq olar. Mövsümü mart ayından başlayır.

Sitron

Bu meyvə sedrat və Korsika limonu da adlanır. Uzunsov meyvə, demək olar, qabıqdan ibarətdir. Dadına görə limonu, ətrinə görə bənövşəni xatırladır. Bu meyvədən yalnız kompot, jele və sukatların hazırlanmasında istifadə etmək olar. Korsika limonunu çox vaxt dekorativ bitki kimi dibçəkdə əkirlər.

Onu Çin, Yaponiya, Malayziya, İndoneziya, Tailand, Vyetnam və Hindistan bazarlarında görmək olar. Mövsümü oktyabr ayından dekabr ayınadəkdir.

Pepino

Pepinonu şirin xiyar, qovun armudu da adlandırırlar. Formal olaraq giləmeyvə olsa da, çox iridir. Meyvələrinin ölçü, forma və rəngi müxtəlifdir, bəziləri qırmızı və ya bənövşəyi cizgiləri olan tünd sarı rəngindədir. Ətli hissəsinin dadı qovun, balqabaq və xiyarı xatırladır. Yetişməmiş pepino nə qədər dadsızdırsa, yetişib ötmüş pepino da eynən onun qədər dadsızdır.

Bu meyvənin dadına Peru, Çili, Yeni Zelandiya, Türkiyə, Misir və İndoneziyada baxmaq olar. Onun mövsümü ilboyu davam edir.

Mameya

Başqa adı sapotadır. Dəyirmi formalı kiçik meyvəsi var. Ətli hissəsi narıncı rəngindədir. Ərik dadı verir. Onu piroq və tortlara əlavə edir, konservləşdirir, yetişməmiş meyvələrindən jele hazırlayırlar.

Bu meyvənin dadına Kolumbiya, Meksika, Ekvador, Venesuela, Antil adalarında, habelə ABŞ-ın Florida ştatı və Havay adalarında, Cənub Şərqi Asiyada baxmaq olar. Mövsümü sentyabr ayından noyabr ayına qədər davam edir.

Narahilla

Bu meyvəni narahilya, lulo, And dağlarının qızıl meyvəsi də adlandırırlar. Görkəminə görə tüklü pomidora bənzəyir, dadına görə ananas və çiyələyi xatırladır. Onun şirəsindən və ətindən meyvə salatları, dondurma, yoğurt, biskvit, şirin sous və kokteyllərin hazırlanmasında istifadə olunur.

Dadına Venesuala, Panama, Ekvador, Kosta-Rika və Çilidə baxmaq olar. Mövsümü sentyabr ayından noyabr ayınadək davam edir.

Xama alması

Digər adları annona, quanabana və qravioladır. Planetimizdə bitən ən böyük tropik meyvələrdən biridir. Bir meyvənin çəkisi 7 kiloqrama çata bilər. Forması oval və ya ürəkşəkilli, yumşaq tikanlarla örtülmüş qabığı sərtdir. Kremvari-ağ rəngində olan əti xoş turşməzə dadı olan limonadı xatırladır. Kokteyl, şirə, püre, şərbət və dondurmanın hazırlanmasında istifadə olunur. Qara rəngli toxumları zəhərlidir.

Dadına Bermud və Baham adalarında, Meksika, Peru və Argentinada baxmaq olar. Mövsümü ilboyu davam edir.

Noni

Hindistan tutu, pendirli meyvə, donuz alması da adlandırılır. Kartof və ya iri gavalı boyda olan bu meyvənin qabığı yarımşəffafdır. Noni yetişən zaman onun yaşıl rəngi sarımtıl ağ rəngə çevrilir. Onun kəskin ətri, acı dadı var. Buna görə də bəzən onu "qusdurucu meyvə" adlandırırlar. Xalq arasında nonini xəstəliklərin yarısının dərmanı adlandırırlar. Bəziləri onu ən faydalı ekzotik meyvə hesab edirlər.

Bu meyvəyə Malayziya, Polineziya, Avstraliya, Cənub Şərqi Asiyada təsadüf etmək olar. Mövsümü isə ilboyu davam edir.

Jabotikaba

Bu meyvə cabotikaba, Braziliya üzüm ağacı da adlandırılır. Üzüm gilələrinə və ya qarağata bənzəyən meyvələri salxım şəklində ağacın gövdəsində və əsas budaqlarında bitir. Qabığı acıdır. Onun ətindən şirə, jele və marmelad hazırlayırlar.

(adsgarden = window.adsgarden || []).push({});
Bankomat kartı geri qaytarmırsa, nə etməli? like
  • 23 Avq 21:50  
Digərləri Bankomat kartı geri qaytarmırsa, nə etməli?

Bəli, bu, xoşagəlməz olsa da, tamamilə həll ediləcək bir problemdir. Bel

arrow Ətraflı
Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək like
  • 23 Avq 21:45  
Dünya Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdo

arrow Ətraflı
Məscidə Məhəmməd peyğəmbərin adı verildi like
  • 23 Avq 21:40  
Dünya Məscidə Məhəmməd peyğəmbərin adı verildi

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadı

arrow Ətraflı
Moskvada Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək like
  • 23 Avq 21:37  
Digərləri Moskvada Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdo

arrow Ətraflı
İsmayıllı sakinindən "İJ" markalı silah götürülüb like
  • 23 Avq 21:30  
Digərləri İsmayıllı sakinindən "İJ" markalı silah götürülüb

İsmayıllı rayon sakini A.Soltanovdan müvafiq sənədləri olmayan ov tüfən

arrow Ətraflı
Çiçəkləri gündə dörd saat açılan fizalis like
  • 23 Avq 21:20  
Digərləri Çiçəkləri gündə dörd saat açılan fizalis

Fizalis el arasında yer gilası və ya quş pomidoru kimi tanınır, zahirən p

arrow Ətraflı
BEL YIRTIĞI ilə bağlı doğru bilinən yanlışlar like
  • 23 Avq 21:15  
Digərləri BEL YIRTIĞI ilə bağlı doğru bilinən yanlışlar

Son.az saglamolun.az-a istinadən bildirir ki, neyrocərrah Bəhruz Eyvazovun ya

arrow Ətraflı
İsmayıllı sakinindən “İJ” markalı silah götürülüb like
  • 23 Avq 21:15  
Digərləri İsmayıllı sakinindən “İJ” markalı silah götürülüb

İsmayıllı rayon sakini A.Soltanovdan müvafiq sənədləri olmayan ov tüfən

arrow Ətraflı
Azərbaycanda toyda bıçaqlanma like
  • 23 Avq 21:10  
Kriminal Azərbaycanda toyda bıçaqlanma

Şəkidə keçirilən toyda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Hərarəti yox edir, xərçəngə qalxan olur  XİYAR SUYUNDAN MÖCÜZƏ like
  • 23 Avq 21:05  
Digərləri Hərarəti yox edir, xərçəngə qalxan olur XİYAR SUYUNDAN MÖCÜZƏ

Xiyar suyunun faydaları nələrdir? tərkibi zəngin minerallar və vitaminlər

arrow Ətraflı
Arvadını öldürüb, hissələrə ayırdı, like
  • 23 Avq 20:55  
Dünya Arvadını öldürüb, hissələrə ayırdı,

Türkiyədə dəhşətli cinayətin detalları bəlli olub. 

arrow Ətraflı
Kompani istefaya göndərildi like
  • 23 Avq 20:54  
Digərləri Kompani istefaya göndərildi

Belçikanın "Anderlext" klubu oynayan-məşqçi funksiyasını yerinə yetirən

arrow Ətraflı
Evdən 14 500 manat oğurlanıb like
  • 23 Avq 20:50  
Kriminal Evdən 14 500 manat oğurlanıb

Göyçayda evdən 14 500 manat pul oğurlanıb.

arrow Ətraflı