İndoneziyada bərə yandı - Onlarla sərnişin itkin düşdü


Digərləri 23 Avq 2019 18:22:16 210 0

İndoneziyada bərə yandı - Onlarla sərnişin itkin düşdü

İndoneziyanın Yava adası sahillərində bərədə yanğın baş verib

Bakı. İndoneziyanın Yava adası sahillərində bərədə yanğın baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində 30-dan çox sərnişin itkin düşüb. Qeyd olunur ki, Surabaya şəhərindən Balikpapana doğru hərəkət edən bərədə 277 sərnişin olub. Onların böyük əksəriyyəti xilas edilib. Axtarış-xilasetmə işləri davam etdirilir.