Putin ABŞla bağlı göstəriş verdi: “Simmetrik cavab hazırlayın!”


Dünya 23 Avq 2019 18:09:00 213 0

Putin ABŞla bağlı göstəriş verdi: “Simmetrik cavab hazırlayın!”

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın uçuş məsafəsi 500 km-dən çox olan yeni "Tomahawk" raketinin sınaqdan keçirilməsinə "simmetrik cavabın hazırlanması üzrə ətraflı tədbirlər" görməyi tapşırıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, Rusiya lideri Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirədən sonra belə bəyanat verib.

Rusiya dövlət başçısının sözlərinə görə, Amerika tərəfi aralıq və qısa mənzilli raketlərin ləğvi haqqında Sazişdən (INF Müqaviləsi) çıxaraq, "dünyanın müxtəlif bölgələrində qadağan olunmuş raketlərin yerləşdirilməsi üçün əllərini açdı".

Rusiya Prezidenti vurğulayıb ki, ABŞ Rusiyanın guya bu razılaşmaya riayət etməməsi ilə bağlı təbliğat kampaniyasına başlamışdı, lakin Moskva müqavilənin qadağan edilmiş silahlar üzərində Amerika tərəfinin gördüyü işlər barədə əvvəllər də məlumat vermişdi.