ABŞ-da təyyarə qəza enişi edib: 7 nəfər xəsarət alıb


Digərləri 23 Avq 2019 08:05:24 208 0

ABŞ-da təyyarə qəza enişi edib: 7 nəfər xəsarət alıb

"Hawaiian Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Honolulu (Havay) hava limanında qəza enişi edib

Bakı. "Hawaiian Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Honolulu (Havay) hava limanında qəza enişi edib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Oklend (Kaliforniya) - Honolulu reysini həyata keçirən təyyarənin qəza enişi etməsinə səbəb salonda başlayan tüstülənmə olub. Məlumata əsasən, qəza enişi nəticəsində 7 sərnişin xəsarət alıb, onların arasında uşaqlar da var. Bildirilir ki, təyyarədə 184 sərnişin və 7 heyət üzvü olubş