Malidə avtobus yük maşını ilə toqquşub, çox sayda ölən və yaralanan var


Digərləri 23 Avq 2019 01:21:00 198 0

Malidə avtobus yük maşını ilə toqquşub, çox sayda ölən və yaralanan var

Malinin Sequ şəhəri yaxınlığında sərnişin avtobusu yük maşını ilə toqquşub

Bakı. Malinin Sequ şəhəri yaxınlığında sərnişin avtobusu yük maşını ilə toqquşub. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində 6 nəfər həlak olub, 44 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 19-nun vəziyyətinin ağır olduğu qeyd edilir. İlkin məlumata əsasən, yük maşınının hərəkətin qarşı istiqəmətinə çıxaraq sərnişin avtobusuna çırpılıb.