Taxta bazarında baş verən yanğının söndürülməsinə dəmiryolçular da cəlb olunub (FOTO)


Digərləri 22 Avq 2019 21:38:25 196 0

Taxta bazarında baş verən yanğının söndürülməsinə dəmiryolçular da cəlb olunub (FOTO)

Yanğın baş verən əraziyə dəmir yolunun Mühafizə Departamentinin Biləcəri yanğından mühafizə komandasının 2 çən vaqonu gətirilib

Bakı. Bakının Nərimanov rayonu ərazisində Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğının söndürülməsi üçün cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən texnikalarının fasiləsiz su ilə təchiz olunması üçün yanğın baş verən əraziyə dəmir yolunun Mühafizə Departamentinin Biləcəri yanğından mühafizə komandasının 2 çən vaqonu gətirilib. Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildiriblər. Eyni zamanda “ADY Konteyner” MMC-yə məxsus 160 tonluq su hovuzundan də istifadə olunub.